Bakı. Sədrəddin Ağcayev - Trend:
2020-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəliri 37,8 milyon dollara bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ına istinadən məlumat verir.
Hesabata əsasən, “Azərkosmos”un xidmətlərin ixracından gəlirləri ümumi gəlirin 90 faizini təşkil edib.
Yanvar-oktyabr aylarında müəssisə 30 ölkəyə, o cümlədən Böyük Britaniya, ABŞ, Fransa, Malayziya və BƏƏ-yə xidmət göstərib.
2020-ci ilin oktyabrında “Azərkosmos” 21 ölkəyə 6,9 milyon dollar məbləğində xidmət ixrac edib.