...

"Instagram"da 60 dəqiqəyə qədər video yükləmək olacaq

Telekommunikasiya Materials 6 Oktyabr 2021 06:30 (UTC +04:00)
"Instagram"da 60 dəqiqəyə qədər video yükləmək olacaq

Bakı. Trend:

"İnstagram" sosial şəbəkəsi yüklənmiş videoların vaxtını "IGTV" tətbiqində əvvəlki yayım üsulundan imtina edərək bir dəqiqədən 60 dəqiqəyə qədər artırıb.

Trend-in "Qazeta.ru"ya istinadən verdiyi məlumata görə, "IGTV" tətbiqi rebrendinqdən keçəcək və "Instagram TV" adlandırılacaq. Format "İnstagram"a yalnız video məzmununu izləmək üçün daxil olan istifadəçilər üçün əlverişli olacaq.

"IGTV" 2018-ci ilin iyun ayında təqdim edilib. Tətbiq istifadəçilərə videolar izləmək imkanı verən "YouTube"un mobil ekvivalenti olması nəzərdə tutulub, lakin bunu əldə edə bilməyib. Bir neçə ay sonra isə ABŞ-da "TikTok" Çin tətbiqi istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti