...

Apple iPhone-larda SİM kart yuvasından imtina etmək niyyətindədir

Telekommunikasiya Materials 27 Yanvar 2022 07:48 (UTC +04:00)
Apple iPhone-larda SİM kart yuvasından imtina etmək niyyətindədir

Bakı. Trend:

Apple yeni iPhone smartfonlarında fiziki SİM kart yuvalarından imtina edə bilər.

Trend xəbər verir ki, bu barədə iMor nəşri GlobalData agentliyinin mütəxəssisi Emma Mor-MakKluna istinadən yazır.

Ekspertin məlumatına görə, artıq bu payız Apple fiziki SİM kart üçün yuvası olmayan ilk iPhone-u təqdim edə bilər. Çatışmayan konnektoru istifadəçinin öz mobil tarifini qeyd edə biləcəyi eSIM moduluyla əvəzlənəcək.

"Operatorlara həm eSIM, həm də fiziki SIM dəstəyi olan versiya ilə birlikdə yalnız eSIM ilə təchiz edilmiş yeni iPhone modelini satmaq seçimi veriləcək. Beləliklə 2022-ci ilin payızında iPhone 14-ün iki versiyası bazara çıxacaq - SİM kart yuvası və yalnız eSIM modulu ilə", - deyə ekspert bildirib.

Klassik SİM kartdan imtina Apple-ın yuvasız və dəliksiz korpusu olan iPhone yaratmaq üçün atdığı addım olacaq. Bu smartfonda digər komponentlər üçün yer boşaldacaq, eyni zamanda nəm və tozdan qorunmanı yaxşılaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti