...

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi (FOTO)

Telekommunikasiya Materials 22 Aprel 2022 13:06 (UTC +04:00)
“Bakcell”dən Şuşada pulsuz Wi-Fi (FOTO)

Bakı. Trend:

Bakcell şirkəti Şuşada pulsuz Wi-Fi xidmətini istifadəyə verib. İndi Bakcell abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ hoteli və Şuşa TV stansiyası ərazilərində bu xidmətdən yararlana bilərlər.

Həyata keçirilən quruculuq və bərpa işləri ilə əlaqədar hər gün daha çox insanın Şuşaya səfər etdiyini və şəhərdə məskunlaşdığını nəzərə alan Bakcell “Şuşa ili” tədbirləri çərçivəsində burada öz abunəçilərinə daha üstün xidmət təqdim edir.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.

Bakcell Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti