Bakı. Trend:
“Bakı Telefon Rabitəsi” MMC göstərdiyi xidmətlərin optimallaşdırılması məqsədilə “İctimai Wi-Fi” xidmətinin mövcud olduğu ərazilərdə müştərilərin xidmətdən istifadəsi üzrə monitorinq işləri aparıb.
Bu barədə Trend-ə “Aztelekom” MMC-dən bildirilib.
Qeyd edilib ki, monitorinqin nəticələrinə əsasən, daha çox tələbatın olduğu ərazilər istisna olmaqla, digər ərazilərdə 29.06.2022-ci il tarixindən etibarən xidmətin dayandırılmasına qərar verilib.
“İctimai Wi-Fi” xidmətinin dayandırılacağı ərazilər aşağıdakılardır:
- Qış parkı
- “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun daxilində ərazi
- Sabir bağı
- Xaqani bağı
- Axundov bağı
- Zabitlər parkı
- Hüseyn Cavid parkı
- İzmir parkı
- Sahil bağı
- Səməd Vurğun bağı
- Muğan bağı
- “Fashion Avenue” küçəsinin ərazisi
- Dədə Qorqud parkı
- Beynəlxalq Avtovağzalın perronu
Eyni zamanda, aşağıda qeyd edilən ərazilərdə “İctimai Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
- Dənizkənarı Milli Park (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri)
- Dövlət Bayrağı Meydanı (Su İdmanı Sarayına qədər)
- Heydər Əliyev Mərkəzinin parkı