...

İxtiraçıların Beynəlxalq Konfransı keçirilib

Telekommunikasiya Materials 29 Oktyabr 2022 11:36 (UTC +04:00)
İxtiraçıların Beynəlxalq Konfransı keçirilib

Bakı. Trend:

14-16 oktyabr 2022-ci il tarixlərində İxtiraçıların Beynəlxalq Konfransı onlayn formatında keçirilib.

Bu tədbir beynəlxalq ixtiraçılar aləmində dünyanın ən mühüm illik tədbirlərindən biridir.

Konfrans, hər zaman olduğu kimi, oktyabrın 15-də bütün dünyada qeyd olunan Beynəlxalq TRIZ Gününə, İXTİRAÇI MƏSƏLƏLƏRİN HƏLLI NƏZƏRİYYƏSININ (TRİZ) müəllifi, bakılı Henri Altşullerin doğum gününə təsadüf edir.

Konfransda üç bölmə fəaliyyət göstərib : “İT və TRIZ”, “Biznes və TRIZ”, “Yaradıcı şəxsiyyət, TRIZ və Təhsil”.

Ümumilikdə, Avstraliya, Asiya, Şimali və Cənubi Amerika, Afrika və Avropanın 57 ölkəsindən 500-dən çox iştirakçı konfrans üçün qeydiyyatdan keçib. Konfransda TRIZ Masters və sertifikatlı TRIZ mütəxəssisləri iştirak ediblər.

“İT və Mühəndislikdə TRIZ” bölməsində TRIZ-in innovasiyalarda, İT sistemlərinin inkişafında və xüsusilə İT sistemlərində istifadəsinə dair tədqiqatların nəticələri təqdim olunub.

İlkin problem vəziyyətini təsvir etmək üçün ontoloji yanaşma, Çinin Tsinghua Universitetinin təcrübəsində TRIZ tədrisi haqqında və digər hesabatlar təqdim edildi.

İkinci bölmədə TRIZ- biznesdə istifadəsi ilə bağlı geniş materiallar təqdim edilmişdir: biznes tapşırıqlarına münasibətdə sistemin inkişafının ümumi qanunlarının, yerli hökumət, müəssisələrdə və maliyyə institutlarında TRIZ layihələrinin nəzərdən keçirilməsindən tutmuş strateji planlaşdırma tapşırıqlarında, sosial informasiya sistemlərində, təşkilati problemlərin həllində TRIZ-dən istifadəyə qədər.

“Yaradıcı Şəxsiyyət və TRIZ təhsildə” bölməsində ilk dəfə olaraq TRIZ üzrə beynəlxalq konfranslarda Yaradıcı Şəxsiyyətin formalaşması və inkişafına müxtəlif yanaşmaları təqdim edən məruzələr təqdim edilmişdir.

Məruzələr konfrans iştirakçılarının fəal müzakirəsinə səbəb olub.

TRIZ-sivilizasiyasının inkişafının proqnozlaşdırılması və layihələndirilməsi ilə bağlı məruzə təqdim edilib.

Müxtəlif ölkələrin təhsil müəssisələrində TRIZ metodlarının tətbiqinin xüsusiyyətlərinə bir neçə məruzə həsr olunmuşdu, TRIZ metodlarının təhsildə tətbiqi ilə bağlı gələcək işləri planlaşdırarkən bu məlumatlardan istifadə etmək vacibdir.

Qeyd olunur ki, Azərbaycan məruzəçilər səviyyəsində ixtiraçıların bu mötəbər forumunda ilk dəfə təmsil olunur.

Azərbaycan tərəfinin məruzəçiləri:

Prof. Dr. Əli Kutvan

İdarə Heyətinin sədri, Innovation Management and TRIZ Institute

Prof. Dr. Xəqani Abdullayev

İnnovasiya Texnologiyaları üzrə prorektor, Milli Aviasiya Akademiyası

Natiq Əliyev

İcraçı director, Innovation Management and TRIZ Institute

TRIZ Developers Summit, Azərbaycandakı nümayəndəsi

Tədbir iştirakçıları TRIZ SUMMIT 2022 Beynəlxalq Konfransın Təşkilat Komitəsinin təşkilatçılarına (Sədr, TRIZ Masterlərin Beynəlxalq Şurasının prezidenti M. Rubin) müvafiq təşkil və məruzələrin səviyyəsinə görə öz minnətdarlıqlarını bildiriblər və bu istiqamətdə gələcək tədqiqatlar üçün mühüm əhəmiyyət kəsb edəcəyini qeyd ediblər .

Konfrans materialları (təqdimatlar və videolar) internet saytında yerləşdirilib:

https://triz-summit.ru/confer/2022/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti