...

"Microsoft" ciddi problemlə üzləşib: "Xbox" və "Minecraft" kimi xidmətlərə daxil olmaq mümkün deyil

Telekommunikasiya Materials 25 Yanvar 2023 14:55 (UTC +04:00)
"Microsoft" ciddi problemlə üzləşib: "Xbox" və "Minecraft" kimi xidmətlərə daxil olmaq mümkün deyil
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Texnologiya dünyasının nəhəng şirkətlərindən biri olan "Microsoft" son bir neçə dəqiqə ərzində ciddi problemlə üzləşib.

Trend-in məlumatına görə, bir çox "Microsoft" xidmətlərinə daxil olmaqda problemlər yaşanır.

"Downdetector" ilə bağlı rəylərə görə, "Microsoft 365", "Outlook", "Skype", "Teams Store", "Xbox Live", "Azure" və "Minecraft" daxil olmaqla bir çox xidmətlər aktiv deyil.

Bəzi istifadəçilər "Microsoft" xidmətlərinə yenidən giriş əldə etdiklərini bildirsələr də, bəzi istifadəçilər üçün giriş problemləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti