Bakı. Trend:
Azərbaycan 4G şəbəkəsində məlumatların yüklənmə sürətinə görə Mərkəzi Asiya ölkələrini geridə qoyur.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu Ookla-nın baş analitiki Silviya Keçiçe "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın mobil operatorlarının 4G şəbəkəsində məlumatların orta yüklənmə sürəti 34,82 Mbit/saniyədir.
"Həmçinin Azərbaycan çıxış trafikinin 10,35 Mbit/saniyə sürətilə bu ölkələri qabaqlayır", - o deyib.
Keçiçe Azərbaycan əhalisinin 4G şəbəkəsi ilə 73,8 faiz əhatə olunduğunu bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)