...

Mask "Twitter"in adını dəyişəcəyini təsdiqləyib

Telekommunikasiya Materials 2 İyun 2023 02:45 (UTC +04:00)
Mask "Twitter"in adını dəyişəcəyini təsdiqləyib

Bakı. Trend:

Amerikalı sahibkar İlon Mask ona məxsus olan "Twitter" sosial şəbəkəsinin adını dəyişmək planlarını təsdiqləyib.

Trend xəbər verir ki, İ.Mask bununla bağlı paylaşım edib.

"T(w)itter Daily News" portalı daha əvvəl İ.Maskın son müsahibəsindən sitat gətirərək onun gələcəkdə sosial şəbəkənin adının X olaraq dəyişdirilə biləcəyinə işarə edib. Bu yazıya şərhində amerikalı sahibkar bunun doğru olduğunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti