...

Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılacaq

Telekommunikasiya Materials 17 Aprel 2024 14:54 (UTC +04:00)
Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılacaq
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Qırğızıstan Rəqəmsal İnkişaf Nazirliyindən təsdiqləyiblər.

Bildirilib ki, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin ölkə ərazisində "TikTok" sosial şəbəkəsi ilə bağlı əsaslandırılmış qərarına əsasən, göstərilən xidmətə çıxışı məhdudlaşdırmaq üçün rabitə sahəsində tənzimləmə və nəzarət xidməti telekommunikasiya operatorlarına məktub göndərib.

"Qərarın qəbul edilməsinə sosial şəbəkənin "Qırğızıstan Respublikasında uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərərin qarşısının alınması üzrə tədbirlər haqqında" qanuna əməl etməməsi səbəb olub.

Qeyd edək ki, bu, Qırğızıstanda "TikTok"u blok etməklə bağlı ilk cəhd deyil. 2023-cü ilin avqustunda Qırğızıstan Mədəniyyət Nazirliyi "TikTok" sosial şəbəkəsini bloklamaq barədə qərar qəbul edib, lakin sosial şəbəkə ölkədə bloklanmayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti