Bakı. Trend:
Azərbaycan “DP World” şirkəti ilə əməkdaşlıq imkanlarını dəyərləndirib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Abu-Dabidə liman xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşmış “DP World” şirkətinin baş icraçı direktorunun müavini Yuvraj Naraian ilə görüşdük. Limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması, "ağıllı" nəqliyyat sistemləri, dataya əsaslanan mobillik həlləri ilə bağlı əməkdaşlıq, birgə müəssisənin yaradılması imkanlarına baxılması və investisiya məsələlərini müzakirə etdik.
Həmçinin dəniz, dəmir yolu və yol logistikası arasında infrastrukturun inteqrasiya edilməklə modernləşdirilməsi sahəsində təcrübə mübadiləsi və sabit qrafik üzrə işləyən blok qatarları ilə yükdaşımalara keçid barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.