...

"MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL RABİTƏSİ OLMALIDIR" MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR

Telekommunikasiya Materials 18 İyun 2005 17:15 (UTC +04:00)

İyulun 14-dəRabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərpoçt" dövlət müəssisəsinin təşkilatçılığı, Təhsil Nazirliyi vəOdessanın Rabitə Akademiyasının iştirakı ilə Azərbaycanda "Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır"mövzusunda elmi-konfrans keçirəcəkdir. Bu haqda Trend ə RİTN-dənbildirilmişdir.

Konfransda Ukrayna və MDB-yə daxil olan digər ölkələrin poçt idarələrininrəhbərləri iştirak edəcəkdir."Konfransın keçirilməsi tarixi heç də təsadüfü seçilməmişdir. Məhz həmin gün 1969-cı il 14 iyul tarixində AzərbaycanKommunist Partiyası Mərkəzi Komitəsinin Plunumunda Heydər Əliyevin ilk dəfə ölkəyə rəhbər təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu tarixdən sonraAzərbaycanın bütün sahələrində, o cümlədənrabitə sahəsində də ciddi irəliləyişlər baş vermişdir.

Konfransda Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrü əhatə edən məruzələr dinləniləcəkdir",- deyə məlumatda bildirilir.
Xəbər lenti

Xəbər lenti