...

NOYABRDA İCTİMAİ RADİO FƏALİYYƏTƏ BAŞLAYACAQ

Telekommunikasiya Materials 9 Sentyabr 2005 19:50 (UTC +04:00)

Noyabrda ictimai radionun fəaliyyətə başlaması planlaşdırılır.İctimai Teleradioyayım şirkəti baş direktorunun radio yayım üzrə müavini Elman Qədirov Trend ə bildirib ki, hazırda qurumda stansiyanın avadanlıqla təchizatı üzrə işlər aparılır.

"Hazırda demək olar ki, kadrların hazırlığı üzrə aparılan tədbirlər son mərhələdədir" -deyə o bildirib.

Onun sözlərinə görə, radioyayım FM 90 (öncə Araz dövlət radiostansiyasına məxsus idi) dalğasında həyata keçiriləcək 8 müxtəlif departamentin istər informasiya, istərsə də əyləncəli proqramları yayımlanacaq.

Qeyd etmək lazımdır ki, İctimai Teleradioyayım Şirkətinin açılışı avqustun 29-da bir çox rəsmi şəxslərin iştirakı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti