...

RABİTƏ NAZİRLİYİ ABŞERON QƏSƏBƏSİNİN ELEKTRONLAŞDIRILMASI ÜZRƏ İŞLƏR APARIR

Telekommunikasiya Materials 20 Sentyabr 2005 18:36 (UTC +04:00)

AR rabitə və informasiya texnologiyaları nazirliyi Azərbaycanda TAE fibrooptik magistralın genişləndirilməsi üzrə layihələr həyata keçirir.Bu işlər avtomat telefon stansiyalarının artırılması və ölkədə olan poçt şöbələrinin kompyuterləşdirilməsi hesabına gerçəkləşdirilir.

Nazirliyin informasiya mərkəzində Trend ə bildirilib ki, Abşeron rayonunda yeni salınmış qəsəbədə elektronlaşdırma üzrə işlər aparılır.Burada 256 nömrə tutumlu yeni EATS tikilib və artıq 100-dən çox nömrə istismara verilib. Quşçuluq qəsəbəsində 2048 nömrə tutumlu ATS yeni 3800 nömrə tutumlu Huawey Tech Investment istehsalı olan EATS ilə əvəz olunub.Öncəki stansiyadan qalan nömrələr Novxanı, Sulutəpə, Fatmeyi və digər bu kimi qəsəbələrin abunəçiləri arasında bölüşdürülüb.

"Adıçəkilən tədbirlər "Elektronlaşdırılmış Azərbaycan" layihəsi çərçivəsində həyata keçirilir" -deyə dövlət qurumunuda bildirilib.

Xəbər lenti

Xəbər lenti