...

Rabitə Nazirliyi ölkədə texnoparkların yaradılması üzrə tədbirlər planı hazırlayır

Telekommunikasiya Materials 5 Dekabr 2005 18:26 (UTC +04:00)

Rabitə və İnformasiya texnologiyaları Nazirliyi Azərbaycanda texnoparkların yaradılması üzrə tədbirlər planı hazırlayır. Nazirlikdən Trend ə verilən məlumata görə, bu istiqamətdə işlər 2005-ci ilin II rübündən həyata keçirir.

Rabitə Nazirliyi qeyd edir ki, bu istiqamətdə tədbirlər planına Azərbaycanın İT bazarının monitorinqinin keçirilməsi üzrə işlər, bütün variantların analizi, bu strukturun yaradılmasının məqsədəuyğunluğu, eləcə də tiexnoparkların maliyyələşdirilməsi daxildir.

Bununla yanaşı, Nazirlikdə həmçinin, bu istiqamətdə normativ-hüquqi aktların hazırlanması üzrə işlər də aparılır.

Ernst & Young (E&Y) auditor şirkətinin mütəxəssislərinin fikrincə, Azərbaycanda texnoparkların yaradılması ölkənin inkişafına əhəmiyyətli dərəcədə xidmət edir. Azərbaycan bu tip strukturların yaradılmasına tam hazırdır. Lakin buna baxmayaraq, ortaya bir sıra problemlərin çıxacağı da istisna edilmir. Bu da maliyyə xərcləri, kadrların cəlb edilməsi və s. ilə əlaqədardır.

E&Y apardığı təqiqatlara görə, burada texnoparkların dəqiq inkişaf strategiyası müəyyən edilməli və maliyyənin ayrılmasında hökumətin yardımı lazımdır.

Texnoparkların yaradılması yeni iş yerlərinin açılmasına xidmət edir. Bu öz növbəsində yerli mütəxəssislərin xaricdə iş axtarmasının qarşısını alır.

Xəbər lenti

Xəbər lenti