...

Azərbaycanda rabitə sahəsində 1,9 trilyon manatlıq xidmət göstərilib

Telekommunikasiya Materials 17 Dekabr 2005 15:07 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında rabitə sahəsində 1,9 trilyon manatlıq yardım göstərilib. Trend in məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32,2% çoxdur.

Bu xidmətlərdən 24,7 % -i dövlət müəssisələrinə, , 75,3 % özəl müəssisələrə göstərilib ki, onların artım həcmi myüvafiq olaraq 13,8% və 39,6 % təşkil edir. Bu zaman ümumi rabitə xidmətlərindən 75% əhaliyə göstərilən rabitə xidmətləridir ki, bu da ötən ilin analoji dövründəkindən 39,8% çoxdur.

Bundan əlavə, xidmətlərin ümumi həcminin 68,8%-ni təşkil edən mobil rabitədən əldə olunan gəlirlər ötən illə müqayisədə 42,4% artaraq 1311,8 mlrd manata çatıb.

Azərbaycanın regionlarında rabitə sahəsində vəziyyətə gəldikdə burada da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, Aran iqtisadi rayonunda göstərilən telekommunikasiya xidmətləri 12,5%, Abşeronda 19%, Quba-Xaçmazda 11,5%, Şirvanda 13,9%, Şəki-Zaqatalada 14,2%, Gəncə -Qazaxda 10,8%, Naxçıvanda 12,4% və Lənkəranda 10,8% təşkil edib.

Xəbər lenti

Xəbər lenti