...

Almaniyada optik lif rabitə kabelinin qırılması Azərbaycanda İnternet rabitəsinin müvəqqəti dayandırılması ilə nəticələnib

Telekommunikasiya Materials 31 Yanvar 2006 17:29 (UTC +04:00)

Yanvarın 31-də Rusiya və Avropa istiqamətində çəkilmiş və Azərbaycandan əsas məlumat trafikinin keçdiyi optik lif rabitə kabelinin zədələnməsi nəticəsində ölkə provayderlərinin əksəriyyəti bir neçə saat abunəçilərinə internet xidməti göstərə bilməyib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimaz Məmmədovun Trend ə verdiyi məlumata görə, kabel Almaniyada qırılıb. İnternetlə bağlı yaranmış problemlər isə iki saat ərzində bərpa olunub.

Hazırda əsas informasiya trafiki optik lif rabitə kabeli ilə Rusiyadan (əvvəllər məlumatın ötürüulməsi üçün peyk kanalından istifadə olunurdu) keçir. Kabelin qırılması nəticəsində Azərbaycanın internetsiz qalması birinci dəfə deyil ki, baş verir. Ölkə provayderlərinin təxminən 90%-i məhz bu marşrutdan, AzEvroTel şirkəti isə özünün peyk terminalından istifadə edir.

Xəbər lenti

Xəbər lenti