...

Microsoft korporasiyasının Bakı nümayəndəliyinin rəhbəri təyin edilib

Telekommunikasiya Materials 22 Fevral 2006 18:33 (UTC +04:00)

Microsoft korporasiyasının Bakı nümayəndəliyinin baş meneceri Vladimir Çaykovski olacaq. Bu barədə Trend ə AZEL (Azerbaijan Electronics) rəhbəri İqor Yakovenko bildirib. V.Çaykovski bundan öncə Microsoft-un Ukrayna ofisinin rəhbəri idi.

İ.Yakovenkonun sözlərinə görə, Microsoft ofisinin Bakıda rəsmi açılışı fevralın 28-də baş tutacaq.

Açılış mərasimində xüsusilə Microsoft-un MDB ölkələri üzrə baş meneceri Serqius Viza iştirak edəcək.

Bu, şirkətin Zaqafqaziyada ilk ofisi olacaq. Microsoft-un indi Qazaxıstan, Rusiya və Ukraynada nümayəndəlikləri vardır.

AZEL Microsoft korporasiyasının rəsmi tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti