...

Əli Abbasov: İlin sonuna qədər Azərbaycanda teleradio kanallarının yayım keyfiyyəti problemi həll olunacaq

Telekommunikasiya Materials 2 İyun 2006 19:39 (UTC +04:00)

Azərbaycanda teleradio kanallarının yayım keyfiyyəti problemi yaxın günlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegeyasında müzakirə olunacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 2-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, həmin məsələ üzrə texniki təklif artıq hazırlanıb. "Biz beynəlxalq normalara uyğun olaraq teleradio kanallarının yayım parametrlərini təmin etməliyik" -deyə nazir vurğulayıb.

İran kanallarının Azərbaycanın teleradio məkanına daxil olamasının qarşısını almaq üçün kanalların paylaşdırılması sahəsində Tehranla razılıq əldə olunub.

"İlin sonuna qədər Azərbaycanda teleradio kanallarının yayım keyfiyyəti problemi həll olunacaq" - deyə nazir bəyan edib.

Xəbər lenti

Xəbər lenti