...

"Elektron Naxçıvan" konfransında Azərbaycan rabitə nazirinin iştirakı gözlənilir

Telekommunikasiya Materials 13 İyun 2006 15:15 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iyunun 24-25-də Naxçıvan Dövlət Universitetində keçiriləcək "Elektron Naxçıvan" beynəlxalq konfransında iştirakı gözlənilir.

Nazirlikdən Trend ə verilən məlumata görə, tədbirə təhsil naziri Misir Mərdanov, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, müxtəlif xarici ölkələrin ali və elmi-tədqiqat institutlarının bir sıra nümayəndələri də dəvət olunub.

NDU və Rabitə Nazirliyinin təşkil etdiyi konfransda NMR-də İT-nin inkişafı, respublikada fəaliyyətin müxtəlif sahələrinə İT-nin tətbiqi, NMR-də informasiyalı cəmiyyətin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Konfrans zamanı ilk dəfə olaraq Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti, Türkiyə universitetlərindən biri və Rabitə nazirliyi ilə videokonferensial əlaqə yaradılacaq.

Xəbər lenti

Xəbər lenti