Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi Azərbaycanda yüksək texnologiyalar üçün xüsusi iqtisadi zonanın yaradılması üzrə konsaltinq şirkətinin seçkilməsi barədə tender elan edib. Trend agentliyinin məlumatına əsasən, tenderdə iştirakın dəyəri 2 min AZY təşkil edir.
Maraqlanan şəxslər iyulun 17-nə qədər qeydiyyatdan keçməli və tender təkliflərini iyulun 30-dan gec olmayaraq təqdim etməlidir.
Tenderin qalibi Azərbaycanda yüksək texnologiyalar sektorunun təhlilini aparmalı və yüksək texnologiyalar üçün ölkədə xüsusi zonaların məqsədəuğunluğunu müəyyənləşdirməlidir. Bundan əlavə, o, bu qurumun mənfi və müsbət cəhətləri, onun ölkənin iqtisadi inkişafına təsirini öyrənməli və hüquqi baza yaratmalıdır.
Bütün işlər 4 ay ərzində yerinə yetirilməlidir.
Tender təklifləriniin açılışı avqustun 1-də mərkəzin inzibati binasında keçiriləcək.