...

Bakıda "Azərbaycan İnternetində reklam" adlı dəyirmi masa keçirilib

Telekommunikasiya Materials 16 İyun 2006 17:13 (UTC +04:00)

İyunun 16-da "Azərbaycan İnternet-forumu" EİB "Azərbaycan İnternetində reklam" mövzusuna həsr olunmuş dəyirmi masa təşkil edib. Trend in EİB-in məlumatına istinadən xəbər verdiyi kimi, tədbirdə Forumun başçısı Osman Gündüz belə görüşlərin keçirilməsinin əhəmiyyətini və vacibliyini qeyd edərək Azərbaycanda İnternet-reklamın vəziyyətindən danışıb və bu sahədə dünya təcrübəsinin öyrənilməsi zəruriliyini vurğulayıb.

Forum nümayəndəliyinin üzvü Rüstəm Əliyev və Sahil Reklam Agentliyinin rəhbəri Vahid Qasımov "Azərbaycanda İnternet-reklam", "İnternet reklamı sahəsində yeni imkanlar və xidmətlər"in təqdimatı ilə çıxış edib.

Görüşdə Azərbaycan Reklam Birliyinin icraçı direktoru Aynur Nurəliyeva, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Gülnarə Nəbiyeva, Təhsil Nazirliyinin əməkdaşı Ceyhun Məmmədov və başqaları iştirak edib.

Xəbər lenti

Xəbər lenti