...

Azərbaycanın Rabitə Nazirliyi nümayəndə heyətinin ABŞ-a səfəri başa çatıb

Telekommunikasiya Materials 17 İyul 2006 12:00 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 10-dan 17-dək ABŞ-da işgüzar səfərdə olub. Trend in Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, nümayəndə heyəti Vaşinqtonda keçirilmiş biznes-forumda iştirakın yekunları üzrə Kaliforniyada informasiya və kommunikasiya texnologiyalarına həsr olunmuş 2-ci biznes forumda iştirak edib.

Forum aparıcı İKT şirkətləri nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirdə Azərbaycanda yüksək texnologiyalı xüsusi iqtisadi zonaların yaradılması və ABŞ tərəfindən perspektivli sərmayə qoyuluşu imkanları müzakirə mövzusu olub.

Tədbirdə ABŞ-da yaşayan görkəmli azərbaycanlı alim Lütfi-Zadə iştirak edib. Alim Azərbaycanda neft sektorundan sonra İKT sahəsinin inkişafının vacibliyini vurğulayıb, İT üzrə xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı tövsiyələr verib. O, layihənin gerçəkləşdirilməsini hər vasitə ilə dəstəkləməyə hazır olduğunu bəyan edib.

Forumda, həmçinin, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ellin Süleymanov və Rusiyanın San-Fransiskodakı konsulu Martınov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti