...

Azərbaycanda yalnız üç kanalın əhali üzrə yayım dairəsi 70%-i ötür

Telekommunikasiya Materials 28 İyul 2006 17:17 (UTC +04:00)

Azərbaycanda yalnız üç kanalın (AzTI, Ictimai TI və Lider TI) yayım dairəsi 70%-i ötür. Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 28-də Teleradio İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi çoxsaylı ötürücülərin, keyfiyyətli avadanlığın olması və onların optimal yerləşməsidir. Sonra siyahı üzrə ANS (16 ötürücü), Space TV, ATV gəlir. Bu halda 200-dən artıq kiçik yaşayış məntəqələrində yalnız AzTV-nin proqramları yayımlanır.

Ölkədə yayımlanan 22 telekanaldan 11-i öz proqramlarını Bakıda (AzTI, Ictimai TI, ANS, RTR, ORT, ATI, Space, STI, Kanal-D, TRT-1) və müxtəlif bölgələrdə, 10 telekanal isə yalnız müəyyən bölgələr üçün yayımlayır (Kəpəz, Alternativ, Simrug, Aygün, Dünya, Kanal 35 və s.).

Eyni zamanda 13 radiokanaldan 5-i (Evropa +, Radio Rossiya, BBC, Lider FM, Frans Radio və FM-106.3) Bakı və Abşeron yarımadasını əhatə edir, qalan 8 radiokanal isə (Ictimai, Burc FM, Respublika, Space FM, Lider FM, ANS ÇM, FM-106, Radio Antenn) bütün respublika ərazisinə yayımlanır.

Xəbər lenti

Xəbər lenti