...

Əli Abbasov: Azərbaycanda əhalinin 30%-i mobil rabitə abunəçisidir

Telekommunikasiya Materials 1 Avqust 2006 15:18 (UTC +04:00)

Birinci yarımildə mobil telefon istifadəçilərinin sayı keçən ilin hesabat dövrünə nisbətən 50 faiz artaraq, ümumdünya orta göstəricisinə çatıb. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında məlumat verib. Onun sözlərinə görə, əhalinin 30 faizi mobil rabitə abunəçisidir. Beynəlxalq telefon trafikinin nisbi həcminə görə Azərbaycan MDB ölkələri arasında Belarusdan sonra ikinci yeri tutur.

Altı ayın nəticələrinə görə dövlət müəssisələri üzrə orta əmək haqqı 20 faiz artırılaraq 180 yeni Azərbaycan manatına çatdırılıb, 2 mindən çox yeni iş yeri açılıb. Telekommunikasiya sahəsində telefon çəkilişi keçən ilin müvafiq dövrünə nisbətən 63 faiz artıb, ATS-in elektronlaşdırılması davam etdirilərək, Bakı üzrə 76,5 faiz, respublika üzrə isə 68,5 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti