...

10 il kampaniyası çərçivəsində 4-cü mənzil udulub

Telekommunikasiya Materials 18 Avqust 2006 20:53 (UTC +04:00)

"Azercell Telekom" BM-in fəaliyyətinin 10 illiyinə həsr olunmuş "10 il kampaniyası" çərçivəsində 4-cü mənzilin sahibi məlum olub. Trend in BM-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verdiyi kimi, növbəti meqa prizinə Ordubad rayon sakini, 21 yaşlı Qafarov Rəşid Soltan oğlu sahib çıxıb. Ona iki otaqlı mənzilin sənədlərini "Azercell Telekom" BM-in baş direktoru Halim Ateş təqdim edib.

Mənzilləri artıq 5 danışıq kartı üzərindəki hədiyyə pəncərəsində "AZERCELL", SİMSİM","GENCSİM","BİZDENBİZE","10 İL" yazılarını tapan və 2007-ci il fevralın 15-dək Azercell Telesom-un Tiflis prospekti, 61A ünvanında yerləşən baş ofisinə təqdim edən 6 abunəçi uda bilər. Hər birinin sahəsi 85 m2 olan mənzillər Nərimanov rayonu, 1937-ci kvartal, Əliyar Əliyev küç., 8. ünvanında inşa edilən yaşayış binasındadır. Kartları təqdim etmiş qaliblərə bildirişin surəti təqdim ediləcək və bundan sonra onlar mənzillərin tamhüquqlu üzvü olacaq.

"10 İL KAMPANİYASI" iyunun 15-dən keçirilir. Kampaniya çərçivəsində mənzillərdən başqa, 443 766 abunəçi hədiyyə olaraq kontur və 1 881 260 manatlıq danışıq vaxtı qazanacaq.

Xəbər lenti

Xəbər lenti