...

Azərcell BM SMS xidmətlərin işində nasazlıqların olması ehtimalı barədə xəbərdarlıq edir

Telekommunikasiya Materials 30 Oktyabr 2006 15:16 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azərcell Telecom BM SMS xidmətlərin göstərilməsində texniki nasazlıqların olma ehtimalı barədə xəbərdarlıq edir. Trend şirkətin rəsmi mətbuatda yayılmış məlumatına istinadən xəbər verir ki, bu, noyabrın 1-dən 3-nə saat 03:00-06:00 qədər sistemin təkmilləşdirilməsi üzrə işlərlə bağlıdır.

Azərcell Birgə Müəssisəsi 19 yanvar 1996-cı ildə yaradılıb. Onun ilk təsisçiləri Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi olub. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə başlayıb və öz abunəçilərinə sonradan ödəniş əsasında mobil rabitə xidməti təklif edib. 1998-ci ildə öncədən ödəniş sistemi- SimSim tarif planı, 2005-ci ilin may ayından isə GəncSim gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti