Noyabrın 11-dən 20-nə kimi məktəblərin payız tətili ərzində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına müvafiq olaraq regionlarda informasiya geriliyini aradan qaldırmaq, informasiya komunikasiya texnologiyaları sahəsində milli kadrların hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri Goranboy rayonuna məzuniyyətə göndərilib. Bu haqda Trend Elmlər Akademiyasına istinadən məlumat verir.
Bu qrup 2 saylı orta məktəbin, Qaşaltı və Goranlı kəndlərinin müəllimləri üçün sosial proqrama müvafiq olaraq təhsil maarifləndirici kompüter kursları keçirib. Təhsil prosesinə rayonun 74 ümumtəhsil orta məktəbindən müəllimlər cəlb olunub. Dərslər şəxsi kompüterlərinin İnternetə çıxışı olan kompüter siniflərində keçirilib. Təhsil prosesində multimedia vasitələrindən istifadə olunub və müxtəlif təqdimatlı və maarifləndirici proqramlar nümayiş etdirilib.