...

Azərbaycanın texnoparklar layihəsi IASP konfransında müzakirə olunacaq

Telekommunikasiya Materials 1 Dekabr 2006 17:17 (UTC +04:00)

Azərbaycanın Beynəlxalq elmi parklar assosiasiyasının (International Association of Science Parks -IASP) elmi-texnoloji parklar üzrə 24-cü ümumdünya konfransında iştirakı beynəlxalq münasibətlərin genişləndirilməsi üçün ideal imkandır. Trend xəbər verir ki, Beynəlxalq elmi parklar assosiasiyasının (International Association of Science Parks -IASP) baş direktoru Luis Sants bu fikirdədir.

Onun sözlərinə görə, bu, texnoparkların yaranması sahəsində təcrübənin toplanmasına səbəb olacaq. "Barselonadakı konfransda Azərbaycanın şəraitinə uyğun müasir - elmi-texniki parkların yaradılması üçün çox şeylər öyrəniləcək. Konfrans bununla da yadda qalacaq ki, dünya ictimaiyyəti Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində tədbirləri ilə tanış ola biləcək. Bu, Azərbaycanın beynəlxalq aləmdə texnoparkların yaradılması üzrə layihələrini müzakirə etmək üçün fantastik imkandır", - deyə təşkilatın başçısı qeyd edib.

Bu zaman L.Sants hesab edir ki, bu konfransda Azərbaycan yeni tərəfdaşlar əldə edə biləcək və səmərəli əməkdaşlıq üçün real şərait yaradılacaq.

Beynəlxalq elmi parklar assosiasiyasının elmi-texnoloji parklar üzrə 24-cü ümumdünya konfransı 2007-ci il iyulun 2-dən 4-dək Barselonada keçiriləcək. Azərbaycan tərəfdən tədbirdə informasiya cəmiyyətinin inkişafı şöbəsinin başçısı Rüfət Gülməmmədovun iştirak edəcəyi gözlənilir.

Konfransın mövzusu "Yaradıcılıq işləri və yaradıcı şirkətlər - inkişaf və rəqabətin başlıca amilləri"dir. Konfransda elmi parklar üzrə ekspertlər, sahibkarlar və bir sıra institutların nümayəndələri iştirak edəcək. Tədbir iştirakçıları innovasiya, inkişaf və ümumi inkişafın başlıca amili kimi qabaqcıl biliklərə malik əməkdaşların rolu kimi məsələlərə toxunacaqlar.

Azərbaycan Rabitə Nazirliyinin simasında Azərbaycanda yüksək texnologiyaların inkişafı üzrə xüsusi iqtisadi zonaların yaradılması layihəsi hesabına bu ilin aprel ayından IASP-da assosiativ üzv olub.

Beynəlxalq Elmi Parklar Assosiasiyası 1984-cü ildə yaradılıb və onun üzvləri Argentina, Braziliya, Belçika, Fransa, Portuqaliya, Rumıniya, Rusiya, Lüksemburq, Sinqapur, Böyük Britaniya, Avstriya və b. kimi 66 ölkədir.

IASP üzvlərinin ümumi sayı 300-ü ötür.

Xəbər lenti

Xəbər lenti