...

Azercell 2006-cı ilin Qış Oyunlarında "Nə? Harada? Nə vaxt?" intellektual televiziya proqramına sponsorluq edəcək

Telekommunikasiya Materials 6 Dekabr 2006 17:18 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom Birgə Müəssisəsi "Çto? Qde? Koqda?" ("Nə? Harada? Nə vaxt?") intellektual televiziya proqramının 2006-cı il Qış Mövsümü oyunlarında bilicilərə sponsorluq edəcək. Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, məşhur intellektual televiziya oyunu dekabr ayı ərzində hər cümə günü saat 21:20-də "Space" TI-də yayımlanacaq. Qış Mövsümü oyunlarındakı ən yaxşı biliciyə "Azercell Telekom" tərəfindən 1000 AZN dəyərində sertifikat veriləcək.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti