...

Azercell PayCell xidmətini bərpa edib

Telekommunikasiya Materials 23 Yanvar 2007 19:35 (UTC +04:00)

Azərbaycanın Mobil operatoru - Azercell Telecom özünün Azercell və SimSim abonentlərini PayCell xidmətinin 21 yanvardan bərpa olunduğu barədə məlumatlandırır, bu xidmət yanvarın 19-da təkmilləşdirmə işlərinin76 aparılması ilə əlaqədar olaraq dayandırılmışdı, bu barədə Trend Azercell Telecom-un mətbuat xidmətinə istinadən xəbər verir.

PayCELL xidməti abonentlərə öz balansından istənilən SimSim, Bizdən Bizə və GəncSim abonentlərinin balansına kontur yükləməyə imkan verir. Bundan ötrü kontur köçürmək istədiyiniz abonentin nömrəsini SMS-lə 9200 göndərmək lazımdır.

1 gün ərzində bu xidmətdən yalnız üç dəfə istifadə etmək olar.

"Azercell Telecom" birgə müəssisəsi 1996-cı ilin 19 yanvarında təşkil olunub. Onun ilk təsisçiləri Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycan Rabitə nazirliyidir. Şirkət öz fəaliyyətinə 1996-cı ilin 15 dekabrında başlayıb və öz abonentlərinə sonradan ödəmə əsasları ilə xidmət göstərib. 1998-ci ildə əvvəlcədən ödəmə tarif planı-simsim tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti