...

Paris məhkəməsi FIMbank-ın Azərbaycan hökumətinə qarşı vəsatətini rədd edib

Telekommunikasiya Materials 24 Yanvar 2007 15:25 (UTC +04:00)

Parisin Apelyasiya məhkəməsi Malta FIMbank-ın (First International Merchant Bank) əvvəl ali instansiya məhkəməsinin (Tribunal Le Grande Instance de Paris) Azərbaycanın xeyrinə qəbul etdiyi qərarının icrasının dayandırılması haqqında vəsatətini rədd edib. Bu barədə çərşənbə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Trend ə məlumat verib.

"FIMbank-ın ali instansiya məhkəməsinin qərarının icrasının dayandırılması haqqında vəsatət məsələsi rədd edilib, lakin hələ işin başqa tərəfi də var. Bankın müraciətinə əsasən, Apelyasiya məhkəməsi gələcəkdə bu qərara, yəni Ali instansiya məhkəməsinin qəbul etdiyi qərarın şərtləri və əsaslarına baxacaq", - deyə o qeyd edib.

Hələ Apelyasiya məhkəməsi iclasının müddəti müəyyən olunmayıb.

FIMbank 2004-cü ilin iyulunda guya Rabitə Nazirliyi və Poçtbank AKB-nin zəmanəti altında Rabitə Nazirliyinin mövcud olmayan müəssisələrinə (Aztell-ə $3035000 və Baktell-ə - $1560000) verilmiş kreditin ödənilməməsi faktı üzrə iddia ilə Azərbaycan hökumətinə qarşı çıxış edib.

Parisin ali instansiya məhkəməsi Rabitə Nazirliyinin Eutelsat S.A. şirkətinə qoyduğu 6,5 mln. avro məbləğində vəsaitlərinə qoyulmuş həbsin ləğvi haqqında Azərbaycanın xeyrinə qərar çıxardığından, FIMbank bu qərarla razılaşmayıb və bu qərara dair şikayətlə Apelyasiya məhkəməsinə müraciət edib.

Bu qərara əsasən bank Azərbaycan tərəfinə vurduğu mənəvi ziyana görə 5 min avro məbləğində və məhkəmə-prosedur məsələlərinə xərclərə görə əlavə olaraq 900 avro məbləğində vəsait ödəməlidir.

Xəbər lenti

Xəbər lenti