...

Azərbaycanda mobil əlaqə abonentləri artır

Telekommunikasiya Materials 29 Yanvar 2007 20:46 (UTC +04:00)

Azərbaycanda mobil əlaqə abonentlərinin sayı 3 mln. nəfəri ötüb. Azercell Telecom -dan Trend ə verilən xəbərə görə, 2007-ci il yanvarın 1-nə BM-nin abonentlərinin sayı 2,3 mln.-a çatıb. 2006-cı ildə Azercell abonent şəbəkəsinin 960 min istifadəçisi var idi.

Bakcell şirkətinin məlumatlarına görə, bu müddət ərzində bu operatorun istifadəçilərinin 2007-ci ilin 1 yanvarına 800 min abonent təşkil edib. Şirkətdən Trend ə məlumat veriblər ki, 2005-ci ilin oktyabrından 2007-ci ilin yanvarınadək Bakcell şirkətinin keçirdiyi kampaniya nəticəsində şirkətin istifadəçilərinin sayı 2,5 dəfə artıb..

Azercell Telecom Birgə müəssisəsi 19 yanvar 1996-cı ildə yaradılıb. Onun ilk təsisçiləri Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycan Rabitə nazirliyidir. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cə ildə başlayıb, abornentlərə sonradan ödəmə xidməti göstərib. Əvvəlcədən ödəmə Simsim tarif planı 1998-ci iildə tətbiq olunub.

Bakcell şirkəti 1994-cü ildə Azərbaycan Rabitə nazirliyi ilə əməkdaşlıqda birgə müəssisə kimi yaradılıb. 1994-cü ildə Bakcell (ETASS) analoji rabitə xidməti təklif edərək şirkət kimi fəaliyyətə başlayıb. 1998-ci ilin dekabrından şirkət GSM texnologiyası tətbiq edib. 2003-cü ilin dekabrında özəlləşdirmə prosesi başa çatıb və nəticədə 2004-cü ilin yanvarından Bakcell tam özəl şirkət kimi fəaliyyət göstərir. Bakcell post-peyd və pre-peyd bazarı kimi Mobil rabitə xidmətləri təklif edir. Bundan əlavə 2007-ci ildə Azərbaycanın Mobil roabitə bazarına yeni operator Azerfon gəlməsi gözlənilir. Fevralda sınaqdan keçirilmə işləri başa çatacaq və şirkət kommersiya fəalimyyətinə başlayacaq. 2007-ci ildə operatorun 1,5 mln abonentə xidmət etmək gücü olacaq. Azərfon BM-ə Mobil rabitə xidmətlərinə lisenziya rabitə nazirliyin 2005-ci il 28 dekabr kollegiyasının qərarı ilə verilib. Şirkətin təsisçiləri Aztelekom (10%)istehsalat birliyi, Almaniyanın siemens şirkəti (30%) və iki Britaniya şirkətidir(60%).

Şirkət infrastrukturun inkişafında əhatə zonasının genişləndirilməsinə $300 mln.-a yaxın investisiya qoymaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti