...

Azərbaycan poçt rabitəsi üzrə RRB tədbirində iştirak edəcək

Telekommunikasiya Materials 5 Fevral 2007 16:10 (UTC +04:00)

Azərbaycan poçt rabitəsi üzrə Rabitə sahəsində regional birlik (RRB) Komissiyasının növbəti 24-cü birgə iclasında və RRB Poçt rabitəsi operatorları şurasının 13-cü iclasında iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Hər iki iclasda Rabitə Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin koordinasiyası şöbəsinin poçt sektoru başçısı Novruz Məmmədovun, Azərpoçt dövlət müəssisəsinin mütəxəssislərinin iştirak edəcəyi planlaşdırılır. İclaslar 2007-ci ilin aprelində Kiyevdə keçiriləcək. Əvvəlki tədbirlər 2006-cı ilin sentyabrında Bakıda keçirilib və burada Azərbaycanın, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Rusiya, Özbəkistan, Ukrayna Rabitə administrasiyalarının poçt idarələrinin, eləcə RRB İcra komissiyasının ümumilikdə 40 nəfər aparıcı mütəxəssisləri iştirak edib.

İclasda 11 məsələ, o cümlədən: RRB RA-nın 24-cü ÜPR Konqresinə hazırlıq (2008-ci il 13 avqust- 3 sentyabr, Nayrobi, Keniya), "Poçtanın gələcək inkişafı" regional konfrans haqqında (2007-ci il Qazaxıstan), RRB RA mütəxəssisləri üçün "Müasir şəraitdə poçt rabitəsinin işi üçün insan resursları potensialının yüksəldilməsi" mövzusunda beynəlxalq seminarın yekunları haqqında məsələlər nəzərdən keçirilib. Müzakirələr zamanı RRB iştirakçılarının ÜPR üzv-mütəxəssislərinin uzaq məsafədən tədrisi sisteminə qoşulmasının məqsədəuyğunluğu haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti