...

"Aztelekom" İB Ucar rabitəsinin yenidən qurulması üçün tender elan edib

Telekommunikasiya Materials 10 Fevral 2007 12:05 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya texnologiyaları Nazirliyi "Aztelekom" İstehsalat Birliyinin Ucar Telekommunikasiya Şəbəkəsi (TKŞ) tender elan edib. İB-yə istinadən Trend xəbər verir ki, tender Ucar rayon mərkəzi ATS-in tam şəkildə ynnidənqurulması üçün elan edilib.

Tenderdə iştirakın dəyəri 1400 manat təşkil edir. Tenderdə iştirak etmək istəyənlər ilkin sənədləri martın 19-na qədər, tender təklifləri paktini isə 29 martdan gec olmamaq şərtilə təqdim etməlidirlər. Tender proseduru TKŞ-nın inzibati binasında martın 30-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti