...

TAA Transxəzər kabelinin çəkilməsi prosesi sürətləndirilə bilər

Telekommunikasiya Materials 28 Mart 2007 12:46 (UTC +04:00)
TAA Transxəzər kabelinin çəkilməsi prosesi sürətləndirilə bilər

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /TAA magistral layihəsinin (Trans-Asiya-Avropa) optik lifli Transxəzər seqmentinin çəkilməsi bu həftə Türkiyənin nəqliyyat və kommunikasiya nazirliyinin nümayəndə heyəti ilə müzakirə olunucaq. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan bu layihəni müzakirə edib və iki ölkə onun həyata keçirilməsinə hazır olduğunu bildirib.

"Bu məsələ ilə bağlı yeni danışıqlar aparmaq lazımdır", - deyə o bildirib. Dənizin dibi ilə rabitə kabelinin çəkiliş dəyəri təxminən 7-10 mln. dollar təşkil edəcək. Qazaxıstan və Azərbaycan arasında marşrutun uzunluğu təxminən 380 km təşkil edəcək. Hazırda mövcud marşrut Türkmənistan və İrandan, bununla da Azərbaycan ərazisində keçir.

Azərbaycandan TAA kabelinin çəkilişi marşrutun uzunluğunu 1000 km-dək qısaldacaq və bu da məlumatın ötürülmə trafikini sürətləndirəcək.

Xəbər lenti

Xəbər lenti