...

Azərpoçt "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində tender elan edəcək

Telekommunikasiya Materials 14 Aprel 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt Dövlət müəssisəsi "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində tender elan etməyə hazırlaşır.

Müəssisədən verilən məlumata görə, hazırda poçt və maliyyə əməliyyatları sisteminin quraşdırılması üçün tenderin şərtləri müzakirə olunur. Tenderin aprelin sonuna qədər elan olunması planlaşdırılır. Layihə çərçivəsində bank və maliyyə xidmətləri göstərmək üçün poçt şöbələrinin müasir kompyuter avadanlıqları ilə təchizatı başa çatıb. Pilot layihə kimi xidmətlər ilk növbədə Bakı və Sumqayıtda, daha sonra isə Azərbaycan regionlarınada tətbiq olunacaq.

Azərbaycanda poçt şəbəkəsinin müasirləçdirilməsi üzrə bütün işlər 3 illik "Maliyyə xidmətlərinin inkişafı" layhəsi çərçivəsində həyata keçirilir. 17,5 mln dollar dəyərində olan layihənin 12,25 mln. dolları Dünya Dankının krediti, qalan hissəsi isə Azərbaycan hökuməti hesabına maliyyələşəcək. Layiihə çərçivəsində 1000 nəfərlik iş yerinin açılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti