...

Cənubi Koreya Azərbaycana elektron hökumət modelini inkişaf etdirməyə kömək edəcək

Telekommunikasiya Materials 23 Aprel 2007 14:10 (UTC +04:00)
Cənubi Koreya Azərbaycana elektron hökumət modelini inkişaf etdirməyə kömək edəcək

Azərbaycan,Bakı/ Trend /Cənubi Koreya Azərbaycana hökumətin elektron modelini inkişaf etdirməyə kömək etməyə hazırdır. Koreyanın "Yonhap" informasiya agentliyinin məlumatına əsasən, Azərbaycanda elektron hökumət modelinin inkişafı üzrə qarşılıqlı anlaşma haqqında müvafiq memorandum aprelin 23-də Seulda imzalanıb.

Memorandumu Koreyanın informasiya və rabitə naziri Rxo Cun Xyonq və Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov imzalayıb. Agentlik qeyd edir ki, Cənubi Koreya və Azərbaycan informasiya texnologiyaları və daşınmalar sahəsində əməkdaşlıq barədə razılığa gəlib. Bununla da yerli şirkətlərin Mərkəzi Asiya ölkələrinə daxil olması üçün yollar açılıb.

Xəbər lenti

Xəbər lenti