...

Azərbaycan elektron rabitə üzrə RRB toplantısında iştirak edir

Telekommunikasiya Materials 3 May 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan elektron rabitə sahəsində Regional Birliyin (RRB) toplantısında iştirak edir. Aztelekom İB-dən verilən məlumata görə, toplantıda qurumun baş mütəxəssisi Məzahir Vəliyev iştirak edir.

Mayın 3-4-də Bişkekdə keçirilən toplantının gündəliyinə elektron rabitə operatorları Şurasına yeni üzvlərin qəbul edilməsi, elektron rabitə Komissiyası sədrinin seçilməsi, RRB operatorları arasında kommersiya və texniki şərtlərin optimallaşdırılması, beynəlxalq rabitə şəbəkəsinin yaradılması üzrə işlər, fəal-texniki avtomatlaşdırma vasitələrinin tətbiqi üzrə təcrübə mübadiləsi, operatorlararası xidmətlərə görə hesablaşmalar, kadrların və idarəetmə heyətinin ixtisasının artırılması, RRB elektron rabitə operatorları şurasının 10 illiyinə hazırlıq və digər məsələlər daxil edilib.

Xəbər lenti

Xəbər lenti