...

Nazir: "Maltanın "FİMbank"ı ilə məhkəmə çəkişmələri Azərbaycanın xeyrinə nəticələnəcək

Telekommunikasiya Materials 19 May 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müşahidələri göstərir ki, Maltanın "FİMbank"ı ilə məhkəmə çəkişmələri Azərbaycanın xeyrinə nəticələnəcək. Bu barədə cümə günü nazir Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, iyunun 4-də Rotterdamda məhkəmənin növbəti iclası keçiriləcək.

İclasda Azərbaycan tərəfindən şahidlər dindiriləcək.

Qeyd edək ki, yuxarı instansiya məhkəməsi artıq Azərbaycanın xeyrinə qərar qəbul edib. Qərara əsasən, Rabitə Nazirliyinin "Eutelsat S.A"ya yatırdığı vəsaitlərin (6,5 mln. avro) üzərindən həbs götürülüb. Eyni zamanda "FİMbank"dan mənəvi ziyana görə Azərbaycan tərəfinə 5 min avro və məhkəmə-prosedur xərclərinin ödənilməsi üçün 900 avro tələb olunub. Bu tələbləri yerinə yetirən "FİMbank" sonradan şikayətlə Parisin Apellyasiya Məhkəməsinə müraciət edib.

Maltalılar Azərbaycandan ümumi məbləği 4,5 mln. dollar olan kreditin ödənilməsini tələb edirlər. Onların iddiasına əsasən kreditlər dövlət zəmanəti ilə Azərbaycanın iki telekommunikasiya şirkətinə verilib. Azərbaycan isə iddia edir ki, belə bir şirkətlər heç vaxt mövcud olmayıb və onlara zəmanətlər verilməyib.

"FİMbank" (First International Merchant Bank Ltd.) ilk dəfə 2004-cü ilin iyul ayında Rotterdam və Paris məhkəməsinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti