Azərbaycan, Bakı / Trend / Azərbaycanda "Nar Mobile" ticarət nişanı altında xidmətlər təklif edən "Azərfon" BM beynəlxalq SMS-lərə olan tarifləri endirib. Şirkətdən verilən məlumata görə, mayın 17-dən "Nar Mobile" abunəçiləri istər ölkə daxilində, istərsə də xarici ölkələrin CSM operatorlarına bir SMS-i 0,06 manata göndərə bilirlər (tarif endiriminin Eylenceli Mesaj və Dinlət xidmətlərinə aidiyyəti yoxdur).
Bu gün "Nar Mobile" 1 danışıq dəqiqəsini 0,04 manatdan başlayaraq təklif edir.
"Azərfon" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycan ərazisində CSM standartı üzrə mobil rabitə xidmətlərinin göstərilməsinə dair lisenziyasını 2005-ci ilin sonunda alıb.
Şirkət kommersiya fəaliyyəti ilə 2007-ci il martın 21-dən məşğul olur.