...

Zərdabda ATS quraşdırılması üçün tender elan olunub

Telekommunikasiya Materials 13 İyun 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Zərdab Telekommunikasiya Mərkəzi (TKM) Yedəkqobu kəndində 256 nömrə tutumlu elektron ATS-in quraşdırılması üçün tender elan edib.

Tenderdə iştirak üçün ərizələr iyunun 18-nə qədər qəbul olunur. Tender təkliflərinin açılışı elə həmin gün TKM-də olacaq.

Azərbaycanın regionlarında rabitənin yenidənqurulması üzrə işlər "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində aparılır.

Xəbər lenti

Xəbər lenti