...

"Azərcell Telekom" yeni "MobilMail" xidmətini istifadəyə verib

Telekommunikasiya Materials 17 Avqust 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ " Trend " / "Azərcell Telekom" BM Azərbaycanda ilk dəfə olaraq öz abonentləri üçün "MobilMail" xidmətini istifadəyə verib. Bu barədə şirkətin yaydığı məlumatda göstərilib. Bu xidmət "Azərcell" abonentlərinə öz mövcud elektron ünvanına gələn poçtu mobil telefon vasitəsilə real vaxtda almaq və göndərmək imkanı verir. Bu xidmət sayəsində "sms"lərdə olduğu kimi "e-mail"lər də hər hansı əlavə tədbir görmədən mobil telefona daxil olacaq.

Bu xidmətin verdiyi digər üstünlüklərdən biri də abonentin elektron poçtda olan əlaqə məlumatlarını (telefon nömrəsi, ünvan və s.) mobil telefona köçürə bilməsidir.

Xidmət GPRS üzərindən abonentlərə təqdim ediləcək. Abonent "MobilMail" xidmətinə qoşulmaq üçün Azərcell Müştəri Xidmətlərinə müraciət etməlidir.

"MobilMail" xidməti istifadəçi seqmentindən asılı olaraq iki buraxılışa bölünür: korporativ seqment üçün olan buraxılış - "MobilMail Korporativ" (Enterprise edition) və bütün abonentlər üçün olan buraxılış - "Azercell MobilMail" (İnternet edition).

"MobilMail" xidmətini seçən fakturalı abonentlər GPRS/EDGE üçün aylıq sabit ödəniş haqqı olmadan sadəcə yüklənən hər 1 Mb üçün 0,70 AZN, fakturasız xətt abonentləri isə yüklədikləri hər 5 KB üçün 1 kontur ödəyə bilərlər.

Xidmətə qoşulmağın üsulları və tarifləri barədə "Azercell Telekom" BM şirkətinin www.azercell.com ünvanlı saytından daha ətraflı məlumat almaq mümkündür.

Xəbər lenti

Xəbər lenti