...

Azərbaycan Mərkəzi Bankı kartric və elektron yaddaş qurğularının alışı üzrə tender elan edib

Tender müsabiqələri Materials 24 Fevral 2012 11:04 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı kartric və elektron yaddaş qurğularının satın alınması üzrə tender elan edib.
Azərbaycan Mərkəzi Bankı kartric və elektron yaddaş qurğularının alışı üzrə tender elan edib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı kartric və elektron yaddaş qurğularının satın alınması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Mərkəzi Bankın Tender Komissiyasının yaydığı məlumatda deyilir.

Tenderdə iştirakın dəyəri 100 manatdır. Xidmətin göstərilmə müddəti 12 aydır.

İddiaçının tender təklifi və bank zəmanəti 16 aprel saat 18:00-dək qəbul ediləcək. Tender təklifi 2012-ci il mayın 31-dək qüvvədə olmalıdır.

Sənədlər arasında son bir il ərzində iddiaçının maliyyə vəziyyəti haqqında arayış, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarının arayışı, korporativ müştərilərlə minimum iki illik iş təcrübəsi haqqında məlumat olmalıdır.

Tender proseduru 17 aprel saat 15:00-da keçiriləcək.

Tenderlə bağlı əlavə məlumat: 493-11-22 (482/501)

Əlaqələndirici şəxs: Əfqan Baxışov

Xəbər lenti

Xəbər lenti