...

Azərbaycanda AİB-in su layihəsi çərçivəsində beynəlxalq tender elan edilib

Tender müsabiqələri Materials 1 Mart 2012 19:11 (UTC +04:00)
"Azərsu" ASC Asiya İnkişaf Bankının (AİB) investisiya proqramı çərçivəsində Göyçay şəhərində su təchizatı və kanalizasiya sistemlərinin bərpası üzrə açıq beynəlxalq tender elan edib.
Azərbaycanda AİB-in su layihəsi çərçivəsində beynəlxalq tender elan edilib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ə.Həsənov/

"Azərsu" ASC (milli su operatoru) Asiya İnkişaf Bankının (AİB) investisiya proqramı çərçivəsində Göyçay şəhərində su təchizatı və kanalizasiya sistemlərinin bərpası üzrə açıq beynəlxalq tender elan edib. Trend-in məlumatına görə, tenderdə iştiraka AİB-in bütün üzv ölkələri buraxılır.

Tender aşağıdakı işlərdən ibarətdir:

- suqəbuledici qurğuların tikintisi - sualtı nasosların və quyunu daxildən əhatə edən süzgəcli boruların quraşdırılması da daxil olmaqla 2 artezian quyusunun (dərinliyi 140 metr) qazılması;

- təxminən 55 500 metr uzunluğunda supaylayıcı şəbəkənin çəkilməsi;

- 3340 ədəd su sayğaclarının quraşdırılması;

- təxminən 45 min kvadratmetr sahədə asfalt və çınqıllı yolların bərpası;

- kanalizasiya sisteminin bərpası (46 600 metr uzunluğunda çirkab su şəbəkəsinin çəkilməsi, 2340 ədəd ev birləşməsi, təxminən 45 300 kvadratmetr sahədə asfalt və çınqıllı yolların bərpası).

Yenidənqurma və tikinti işləri 548 gün ərzində başa çatmalıdır.

Tender sənədlərinin əldə edilməsinə görə ödəniş 100 manat və ya 130 dollar təşkil edir.

Tender təkliflərini bank zəmanəti ilə "Azərsu" ASC-yə təqdim etmək lazımdır. Ünvan: Bakı ş., Moskva prospekti 67, 3-cü mərtəbə, 321-ci otaq, AZ012

Əlaqələndirici şəxs: "Azərsu" ASC-də Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəisi Madər Quliyev.
Tel (+994 12) 530 43 44
Faks: (+994 12) 430 29 11

Tenderdə iştirak üçün müvafiq sənədlər 20 aprel saat 16:00-dan gec olmayaraq "Azərsu" ASC-nin baş ofisinə təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti