...

Azərbaycan Maliyyə Nazirliyi tender elan edib

Tender müsabiqələri Materials 6 İyun 2012 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Maliyyə Nazirliyi Sabirabad rayonunda maliyyə idarəsinin inzibati binasının tikintisi məqsədilə açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Tenderdə iştirak haqqı 250 manat təşkil edir. İştirakçıların tender təklifləri və bank zəmanətləri cari ilin iyunun 16-dək qəbul edilir, tender təkliflərinin açılması isə 2012-ci il iyulun 17-də saat 11:00-da baş tutacaq.

Tenderdə iştirak etmək üçün müvafiq sənədlər 2012-ci il iyulun 6-dan gec olmayaraq aşağıdakı ünvana təqdim edilməlidir: Sabirabad şəhəri, İ. İsgəndərov 9 küçəsi. Əlaqələndirici şəxs - Q. B. Azayev, telefon: 0143-5-83-86.

Xəbər lenti

Xəbər lenti