Bakı. Trend:
Qusar şəhərində sel sularından mühafizə məqsədilə Qusarçayda daş-beton bəndinin təmiri işləri aparılacaq.
Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Qusar Suvarma Sistemləri İdarəsi hazırlıqlara başlayıb.
Belə ki, Qusarçayın sol sahilində Qusar şəhərini mühafizə edən daş-beton bəndinin (L=61.28 pm) cari təmiri işləri həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasını “CTC Servis” MMC-yə həvalə edib və onunla dəyəri 67.033,42 AZN (67 min 33 manat42 qəpik) müqavilə bağlayıb.
Qeyd edək ki, Qusarçay Qusar Quba, və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. Çayın üzərində Qusar, Xuray, Ənik və Güzün Hibrid Elektrik Stansiyaları (HES) tikilib.