...

Xankəndidə Dövlət Miqrasiya Xidmətinə məxsus inzibati binanın təmirinə ayrılan məbləğ məlum olub

Tender müsabiqələri Materials 9 Dekabr 2024 17:36 (UTC +04:00)
Xankəndidə Dövlət Miqrasiya Xidmətinə məxsus inzibati binanın təmirinə ayrılan məbləğ məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məxsus Xankəndi şəhərində 2 mərtəbəli inzibati binanın əsaslı təmiri işləri həyata keçiriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, təmir işləri inzibati binanın 1-ci mərtəbəsində, fasad və damında aparılacaq.

Məlumata görə, artıq bununla bağlı Dövlət Miqrasiya Xidməti hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "AQROMAN" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 275 min 226 manat 15 qəpik ola müqavilə bağlayıb.

Qeyd edək ki, "AQROMAN" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti