...

Riçmondda iğtişaşlarda iştirak edən 17 nəfər saxlanılıb

Turizm Materials 28 İyul 2020 04:15 (UTC +04:00)
Riçmondda iğtişaşlarda iştirak edən 17 nəfər saxlanılıb

Bakı. Trend:

ABŞ-ın Riçmond şəhərində (Virciniya ştatı) baş verən iğtişaşlarda iştirak edən 17 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu şəhərin polis idarəsinin rəhbəri Cerald Smit mətbaut konfransı zamanı deyib.

Onun sözlərinə görə, nümayişlər zamanı insanların şəxsi mülkünə zərər vurulub, polislər etirazçıların hücumlarına məruz qalıb.

C.Smit qeyd edib ki, "Black Lives Matter" hərəkatının üzvləri etirazlar zamanı şiddətə yol verməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti