...

Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO

Turizm Materials 8 Dekabr 2021 12:50 (UTC +04:00)
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO

Bakı. Trend:

Qış fəsli məzuniyyət üçün sərfəli vaxtdır, çünki bu dövrdə istirahət yaya nisbətən xeyli ucuz başa gəlir. Əgər yaydansa qış aylarında istirahətə üstünlük verirsinizsə, yaxud sadəcə ötən yay istirahət edə bilməmisinizsə, növbəti uçuşunuzu elə indi Aviasales.az ilə planlaşdırmağa başlayın. Burada siz təyyarə biletlərini onlayn şəkildə ən sərfəli qiymətə əldə edə və arzuladığınız məzuniyyətə yollana bilərsiniz.

Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır?

1.İstanbul, Türkiyə

Təzadlar şəhəri kimi tanınan İstanbul ilin hər fəsli gözəldir. Xüsusən də, əgər siz tarixi yerləri görməyi planlaşdırırsınızsa, turist axınının azlığı və bilet üçün sonsuz növbələrdə gözləmək zərurətinin olmaması qış fəslinin əvvəlini bu şəhərə səfər etmək üçün ideal vaxta çevirir. Hər şeydən əlavə, şəhərdə gəzməyə və onun tarixini qədim küçələr və evlər vasitəsilə öyrənməyə imkan verən hava da sizə xoş sürpriz edəcək. Qış vaxtı İstanbulda çəkilmiş fotoşəkillər isə şübhəsiz ki, sosial şəbəkələrdəki səhifələrinizi bəzəyəcək. Bosfor boğazının mirvarisi olan İstanbula bileti Aviasales.az saytı vasitəsilə 158 AZN-dən başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Türkiyəyə giriş etmək istəyən Azərbaycan vətəndaşlarından aşağıdakı sənədlər tələb olunur:

- Gəlişdən ən çox 72 saat əvvəl keçirilən PCR testin neqativ nəticəsini əks etdirən arayış və ya gəlişdən ən çox 48 saat əvvəl keçirilən COVID-19 anticismlərinin ekspress-testinin neqativ nəticəsini əks etdirən arayış

- Bu tələb 12 yaşdan kiçik sərnişinlərə; gəlişdən ən azı 14 gün əvvəl peyvənd olunduqlarını təsdiqləyən COVID-19-a qarşı peyvənd sertifikatı olan sərnişinlərə; gəlişdən ən gec 6 ay əvvəl təqdim edilmiş, COVID-19-dan sağaldıqlarını təsdiq edən sertifikatı (immunitet sertifikatı) olan sərnişinlərə şamil edilmir.

- Bütün sərnişinlər xüsusi Giriş anketini doldurmalı və qeydiyyat və ya gəliş zamanı təqdim etməlidirlər.

Mənbə

2. Tbilisi, Gürcüstan

Hesab edilir ki, Tbilisiyə səfər etmək və Gürcüstanın mədəniyyəti və görməli tarixi yerləri ilə tanış olmaq üçün ilin ən yaxşı vaxtı məhz qışdır. Çoxəsrlik və maraqlı tarixə malik Gürcüstan paytaxtında bu cür tarixi yerlərin sayı çoxdur. Əgər Tbilisiyə ilk dəfə səfər edirsinizsə, həm bu şəhərə, həm də Tbilisinin daimi qonaqlarının sevib-bəyəndikləri möhtəşəm gürcü qonaqpərvərliyinə, dadlı milli mətbəxinə, şərabına və sözlə ifadə olunmayan şəhər atmosferinə ilk baxışdan vurulacaqsınız. Bakıdan Tbilisiyə bileti Aviasales.az saytından 137 AZN-dən başlayan qiymətlərlə əldə edə bilərsiniz. Razılaşın ki, bu, kifayət qədər sərfəli təklifdir, elə deyilmi?!

Gürcüstana giriş etmək istəyən Azərbaycan vətəndaşlarından aşağıdakı sənədlər tələb olunur:

- ÜST-nin təsdiq etdiyi vaksinlər (“AstraZeneca” (“Vaxzevria”), AZD1222 (“SK Bioscience Co Ltd.”), “Covieshield”, “Janssen”, “Moderna”, “Pfizer-BioNTech”, “Sinopharm” və “Sinovac”) ilə tam (2 doza) peyvənd olunduğunu göstərən COVID-19 vaksin sertifikatı:

- Gəlişindən ən çox 100 gün əvvəl verilən COVID-19 testinin pozitiv nəticəsi və ən az 14 gün əvvəl bir doza peyvənd olunduqlarını təsdiq edən COVID-19 vaksin sertifikatı. Vaksin sertifikatı ingilis dilində olmalıdır.

- Online-forma (peyvənd olunmamış şəxslər üçün) + Gürcüstana uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş COVID-19-a dair PCR-testin neqativ nəticəsi haqqında ingilis dilində arayış (10 yaşına çatmamış sərnişinlərin PCR-test olmadan Gürcüstan ərazisinə daxil olmasına icazə verilir).

Mənbə

3. Dubay, BƏƏ

Yayın bitməsini istəmirsinizsə, seçiminiz Dubay olmalıdır. Burada qış vaxtı hava daha komfortlu və çimərlik istirahəti üçün daha uyğun olur. Burada ideal formada qarala, valehedici arxitektura nümunələrinə tamaşa edə, brend mallarla şoppinq edə, həmçinin çoxsaylı attraksion parklarına, möhtəşəm akvaparklara baş çəkə və qeyri-adi ekskursiyaların iştirakçısı ola bilərsiniz. Dubayda sizi dolğun istirahət və unudulmaz təəssüratlar gözləyir. Münasib qiymətə biletlər 267 AZN-dən başlayan qiymətlərlə təklif olunur.

Dubaya səfər etmək üçün aşağıdakı sənədlər tələb olunur:

- Dubaya uçuşdan ən çox 72 saat əvvəl verilmiş PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayış (ərəb və ya ingilis dilində).

- Növbəti təyinat məntəqəsinə bilet.

- Tibbi sığorta, həmçinin Dubaya gəlməzdən əvvəl və ya sonra "COVID-19 DXB Smart App" tətbiqində qeydiyyat.

Mənbə

4. Paris, Fransa

Paris ilin hər fəsli ziyarətçiləri sanki çağırır, cəlb və cəzb edir, lakin özünəməxsus rənglərə bürünmüş məhz qış fəsli sevgi şəhərinə səfər üçün ən uyğun mövsüm ola bilər. Fransa paytaxtının parkları və bağları da qış fəslində hər addımbaşı hökm sürən və parlaq emosiyalar bəxş edən romantik atmosfer qədər möhtəşəmdir. Romantik əhval-ruhiyyədəsiniz? Elə isə mütləq Avisales.az saytının möcüzəvi Parisə səfər üçün təklif etdiyi 155 AZN-dən başlayan münasib qiymətə biletləri əldə edin.

Fransaya səfər planlaşdıran Azərbaycan vətəndaşlarından aşağıdakı sənədlər tələb olunur:

Peyvənd olunmuş şəxslərdən tələb olunan sənədlər:

- Avropa Dərman Vasitələri Agentliyinin təsdiq etdiyi vaksinlər (“AstraZeneca”, “Johson&Johnson”, “Moderna” və “Pfizer”) ilə tam (2 doza) peyvənd olunduğunu göstərən COVID-19 vaksin sertifikatı;

- Bu keçid vasitəsilə Fransa DİN-in saytından yükləyib-doldura biləcəyiniz ərizə.

Peyvənd olunmamınısızsa, Azərbaycandan Fransaya yalnız təxirəsalınmaz səbəb olduğu halda uça bilərsiniz.

- Bundan başqa, peyvənd olunmamış şəxslər uçuş reysindən ən çox 72 saat əvvəl keçirilən PCR testin neqativ nəticəsini əks etdirən arayış və ya gəlişdən ən çox 48 saat əvvəl keçirilən COVID-19 anticismlərinin ekspress-testinin neqativ nəticəsini əks etdirən arayış, yaxud gəlişdən ən gec 6 ay, ən tez 11 gün əvvəl təqdim edilmiş, COVID-19-dan sağaldıqlarını təsdiq edən sertifikat (immunitet sertifikatı) təqdim etmək olar + yuxarıda keçid edə biləcəyiniz ərizə.

Mənbə

5. Kiyev, Ukrayna

Bu dövrdə Ukrayna paytaxtı qış nağılını xatırladır. Lakin bu, o demək deyil ki, Kiyevə səfər etdikdə adyala bürünüb oteldən çıxmamalısınız. Əksinə! Burada istənilən zövqə uyğun o qədər maraqlı yerlər var ki, həm dostlarınızla, həm də ailənizlə əla istirahət edə bilərsiniz. Sizi təkcə qeyri-adi rahat atmosfer deyil, həm də gözəl parklar, maarifləndirici ekskursiyalar, görməli yerlərlə tanışlıq və çoxlu maraqlı şeylər gözləyir. Unudulmaz istirahətə hazırsınız? Elə isə bu şəhər məhz sizin üçündür. Bakıdan Kiyevə biletlər 87 AZN-dən başlayan sərfəli qiymətə təklif olunur.

Kiyevə səfər etmək üçün Azərbaycan vətəndaşlarından aşağıdakı sənədlər tələb olunur:

- COVID-19 əleyhinə müalicə, müşahidə ilə əlaqədar xərcləri qarşılayan və Ukraynada qaldığı müddətdə etibarlı sayılan sığorta polisi;

- ÜST-nin COVID-19 əleyhinə istifadə üçün təsdiqlədiyi vaksinlərin (Pfizer / BioNTech, Johnson & Johnson's Janssen, AstraZeneca / Vaxzevria, AstraZeneca / Covishield (Hindistan), AstraZeneca / SKBio (Cənubi Koreya), Moderna / Spikevax, Sinopharm (Vero Cell), CoronaVac (Sinovac)) 1 və ya bir neçə dozası ilə peyvəndlənməni təsdiqləyən sənəd; və ya

- ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş peyvənd siyahısına daxil edilmiş peyvəndlərlə peyvənd olunduğunu təsdiq edən xarici COVID-19 sertifikatı, COVID-19-a dair PCR-testin neqativ test nəticəsi və ya şəxsin COVID-19-dan sağalması haqqında arayış (immunitet sertifikatı); və ya

- girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticisimləri (RAT, Ag) üçün sürətli testin neqativ nəticəsi; və ya

- girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış (12 yaşına çatmamış şəxslərdən testin keçirilməsi barədə arayışın, peyvədləmə haqqında sertifikatın təqdim edilməsi və özünütəcrid tələb olunmur).

Mənbə

Sizə xoş qış tətili və unudulmaz təəssüratlar arzu edirik!

*Göstərilmiş qiymətlər material yazılarkən aktualdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti